İştirak etdiyi bir sıra layihələr
“Birlik” qəzeti
Səməd Səfərli 2013-cü ildə Böyük Britaniyada təsis etdiyi “Birlik” qəzetinin həm də baş redaktoru olub.


“Molla Nəsrəddin Moskvada” tamaşası
Səməd Səfərli 2008-ci ildə Rusiyada “Molla Nəsrəddin Moskvada” adlı ikipərdəli pyes yazmış və onun səhnələşdirilməsini təşkil edərək özü də İlmar Qəhrəmanov ilə birlikdə aktyor qismində tamaşada rol almışdır.
Əsərdə Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabirin başına gəlmiş müxtəlif real əhvalatlar iki tələbənin adından nəql edilərək canlandırılmışdır.
“Pocketbook”
Səməd Səfərli “SOCAR Türkiyə” şirkətindəki peşəkar fəaliyyəti zamanı qeyri-kommersiya məqsədilə həyata keçirilən “Pocketbook” layihəsində Layihə Meneceri olaraq iştirak edib.
İctimaiyyətə dəstək və korporativ maariflənməni rəhbər tutan layihə azərbaycandilli oxuculara idarəetmə üzrə bilik və bacarıqları təkmilləşdirmək imkanı yaradır.


“Maliyyə necə funksiya göstərir”
Səməd Səfərli “SOCAR Türkiyə” şirkətindəki peşəkar fəaliyyəti zamanı “SOCAR” şirkətində tətbiq olunan peşəkar inkişaf proqramı – “ProEx” çərçivəsində Harvard Biznes Məktəbinin maliyyə professoru Mihir Desainin qələmə aldığı “Maliyyə necə funksiya göstərir” (“How Finance Works”) kitabının Azərbaycan dilinə tərcüməsini və nəşrini əhatə edən layihədə başqa əməkdaşlarla birlikdə layihə üzvü olaraq iştirak edib.
“Həyat dövrünün qiymətləndirilməsi”
Səməd Səfərli “SOCAR Türkiyə” şirkətindəki peşəkar fəaliyyəti zamanı qeyri-kommersiya məqsədilə həyata keçirilən “Pocketbook” layihəsində Layihə Koordinatoru olaraq iştirak edib.
Ətraf mühitin məruz qaldığı təsirlərin ölçülməsi və qiymətləndirilməsini həm nəzəri, həm də praktiki şəkildə izah edən kitabın akademik dərslik qismində istifadəsi nəzərdə tutulur.


“Project Finance”
Səməd Səfərli “SOCAR Türkiyə” şirkətindəki peşəkar fəaliyyəti zamanı “SOCAR Türkiyə” şirkətinin əməkdaşları, beynəlxalq hüquq və maliyyəçilərin müəllifi olduqları “A Practical Guide to Project Finance” (“Layihə maliyyələşməsi üzrə praktik bələdçi”) kitabı layihəsində Layihə Koordinatoru olaraq iştirak edib.
“Cep Kitapları”
Səməd Səfərli “SOCAR Türkiyə” şirkətindəki peşəkar fəaliyyəti zamanı qeyri-kommersiya məqsədilə həyata keçirilən “Cep Kitapları” layihəsində Layihə Rəhbəri olaraq iştirak edib.
