Səməd Səfərli “SOCAR Türkiyə” şirkətindəki peşəkar fəaliyyəti zamanı “Həyat dövrünün qiymətləndirilməsi (“Life Cycle Assessment”) kitabının Azərbaycan dilinə tərcüməsi və nəşrini əhatə edən layihədə Layihə Koordinatoru olaraq iştirak edib.
Məhsulun xammal şəklində əldə edilməsindən onun tullantıya çevrilməsinə qədərki dövr ərzində ətraf mühitin məruz qaldığı təsirlərin ölçülməsi və qiymətləndirilməsini həm nəzəri, həm də praktiki şəkildə izah edən kitabın akademik dərslik qismində istifadəsi nəzərdə tutulur.

