Molla Nəsrəddin Moskvada

“Molla Nəsrəddin Moskvada” tamaşası

Səməd Səfərli 2007-ci ildə tələbə ikən Rusiyada Moskva şəhərindəki 157 saylı Azərbaycan etno-mədəni komponentli orta məktəbdə “Molla Nəsrəddin Moskva¬da” pyesini tələbə yoldaşı İlmar Qəhrəmanov ilə tamaşaya qoyub.


Əsərdə Moskvada ali təhsil alan iki azərbaycanlı gənc Cəlil Məmmədquluzadə və Mirzə Ələkbər Sabirin başına gəlmiş müxtəlif həqiqi hadisələri yataqxana otağında xatırlayaraq yad edirlər. Dialoq şəklində yazılmış pyesdə məşhur ədiblər haqqında yazılmış bir neçə kitabda (o cümlədən, Həmidə Məmmədquluzadənin “Xatirələrim”) bəhs edilən tarixi hadisələr əsas götürülüb.

Səməd Səfərli tamaşada İlmar Qəhrəmanov ilə birlikdə aktyor olaraq da iştirak etmişdi.