Maliyyə necə funksiya göstərir

 

Səməd Səfərli “SOCAR Türkiyə” şirkətindəki peşəkar fəaliyyəti zamanı “SOCAR” şirkətində tətbiq olunan peşəkar inkişaf proqramı – “ProEx” çərçivəsində Harvard Biznes Məktəbinin maliyyə professoru Mihir Desainin qələmə aldığı “Maliyyə necə funksiya göstərir” (“How Finance Works”) kitabının Azərbaycan dilinə tərcüməsini əhatə edən layihədə başqa əməkdaşlarla birlikdə layihə üzvü olaraq iştirak edib.

Kitab maliyyə mövzularını əyləncəli praktiki nümunələr, interaktiv çalışmalar, rəngli illüstrasiyalar vasitəsilə səlis və oxunaqlı dildə izah edir. Oxucular bu kitab vasitəsilə maliyyə sahəsi üzrə geniş bilik və bacarıqlar əldə edə biləcəklər.